Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, ölən və yaralananlar var


10:20     28 Mart 2022 22_03_28_1648440690.jpg

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb.

Bu barədə Femida.az “Haber Global”a istinadən xəbər verir.

Məlumata görə, qəza Ərzurum-Ərzincan magistral yolunda qeydə alınıb. İğdırdan Ankaraya gedən sərnişin avtobusu yolun kənarındakı ağaclara çırpılaraq aşıb.

İlkin məlumata görə, qəza zamanı 1 nəfər ölüb, daha 33 nəfər yaralanıb. Əraziyə təcili yardım maşınları, polis və jandarm qqüvvələri cəlb edilib. Yaralılar xəstəxanalara çatdırılıb.

Hadisənin başvermə səbəbi açıqlanmır.

Açar sözlər:

Oxunub: 468