MN bəzi şəxslərə “Müharibə veteranı” adının verilməməsinə münasibət bildirib
19:44 28 Mart 2022
Müdafiə Nazirliyi son günlər vətəndaşların sosial şəbəkələr vasitəsilə “Müharibə veteranı” adının verilməsi ilə bağlı yayımlanan müraciətlərinə cavab verib.
Nazirlikdən Femida.az-a bildirilib ki, bəzi şəxslər “Müharibə veteranı” adının verilməsi ilə bağlı əsassız tələblərini sosial şəbəkələrdə yayımlamaqla ictimaiyyəti çaşdırmağa və aidiyyəti qurumlara sosial təsir göstərməklə məsələnin həllinə nail olmağa çalışırlar:
"Bildiririk ki, səfərbərliklə cəlb edilən bəzi vətəndaşlar tamamlama məntəqələrində olduqları üçün birbaşa döyüş əməliyyatlarında iştirak etmədiklərinə görə onlara “Müharibə veteranı” adının verilməsi Nazirlər Kabinetinin müvafiq qərarının tələblərinə uyğun deyil.
Qeyd edək ki, bu mövzu ilə bağlı vətəndaşlardan daxil olan bütün müraciətlər əsasında məlumatların araşdırılması və qeydlərin düzgünlüyünün dəqiqləşdirilməsi işi davam etdirilir".
Oxunub: 519
Oxşar xəbərlər
- MN: "Seyfəli poliqonunda döyüş sursatlarının utilizasiyası həyata keçiriləcək"
- MN: "Azərbaycan Ordusunun Tağaverd istiqamətində atəş açması barədə məlumat yalandır"
- MN Kəlbəcər və Laçında dislokasiya olunan qoşunların durumunu açıqlayıb
- MN: "Sülhməramlılarımızın qısa müddətdə Vətənə qayıdışı planlaşdırılır"
- MN: Ermənilər Naxçıvan istiqamətində Azərbaycan Ordusunun mövqelərini atəşə tutub
- MN-dən erməni tərəfinə cavab
- MN-dən medal almadığına görə narazılıq edən döyüşçülərlə bağlı AÇIQLAMA
- MN-dən Silahlı Qüvvələr Günü ilə bağlı ÖZƏL VİDEO
- MN: Sərhəd yaxınlığında Ermənistan tanklarının cəmləşməsi müşahidə edilib
- MN Azərbaycan və Türkiyə ordularının birgə təlimlərindən görüntülər yaydı - VİDEO