Dünyada koronavirusa yoluxanların sayı 482,3 milyonu ötüb


13:12     29 Mart 2022 22_03_29_1648542588.jpg

Dünyada COVID-19 infeksiyasına yoluxma hallarının sayı 482 330 673 nəfərə çatıb.

Femida.az xəbər verir ki, bu barədə ABŞ-ın Con Hopkins Universitetinin məlumatında qeyd olunur.

Virusun baş qaldırmasından sonra bu səbəbdən ölənlərin sayı 6 127 431 nəfər təşkil edir.

Yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya və Fransa ilk dördlüyü bölüşür.

ABŞ COVID-19 infeksiyasına yoluxanların və bu səbəbdən ölənlərin sayına görə dünyada liderlik edir. Birləşmiş Ştatlarda koronavirusa yoluxanların sayı 81 625 590 nəfərə çatıb, 1 003 501 nəfər infeksiya səbəbindən vəfat edib.

İkinci yerdə qərarlaşan Hindistanda 43 021 985 nəfərdə COVID-19 xəstəliyi təsdiqlənib, 521 070 nəfər ölüb.

Siyahıda üçüncü pillədə qərarlaşan Braziliyada pandemiya dövrü ərzində 29 857 641 nəfər virusa yoluxub, onlardan 659 227 nəfəri ölüb.

Yoluxma sayına görə dördüncü yeri Fransa (müvafiq olaraq, 25 246 720 yoxulma, 142 855 ölüm faktı), beşinci yeri Böyük Britaniya (21 064 311 yoxulma, 165 264 ölüm faktı) tutur.

Açar sözlər:

Oxunub: 365