Britaniya kəşfiyyatı: “Böyük itki verən Rusiya qüvvələri Belarus və Rusiyaya qayıtmağa məcbur olublar”
17:20 30 Mart 2022
“Rusiyanın Donetsk və Luqanskdakı hücumlara diqqət yetirməsi, görünür, onun birdən çox əhəmiyyətli hücum xəttini var gücü ilə saxlamağa çalışmasının susqun etirafıdır”.
Femida.az xəbər verir ki, bunu Böyük Britaniya Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına əsaslanaraq açıqlayıb.
“Böyük itki verən Rusiya bölmələri ehtiyatları yenidən təşkil etmək və artırmaq üçün Belarus və Rusiyaya qayıtmağa məcbur olublar.
Bu fəaliyyət Rusiyanın onsuz da gərgin vəziyyətdə olan logistikasına əlavə təzyiq göstərir və Rusiyanın Ukraynadakı ön bölmələrini yenidən təşkil etməkdə hansı çətinliklərlə üzləşdiyini nümayiş etdirir.
Rusiya, çox güman ki, məhdud yerüstü manevr imkanlarını kütləvi artilleriya və raket zərbələri ilə kompensasiya etməyə davam edəcək”, - məlumatda vurğulanıb.
Oxunub: 427
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"