Qərb Kiyevə minlərlə tank əleyhinə silah və “Stinger” verib


09:58     01 Aprel 2022 22_04_01_1648787946.jpg

Qərb ölkələri Ukraynanı digər silah və hərbi texnika ilə yanaşı, on minlərlə tank əleyhinə, eləcə də yüzlərlə və ya minlərlə “Stinger” tipli daşına bilən hava hücumundan müdafiə sistemləri ilə təmin edir.

Femida.az xəbər verir ki, belə məlumatları ABŞ Quru Qoşunlarının Baş Qərargah rəisi, general Ceyms Makkonvil Vaşinqtonda hərbi müşahidəçilər qrupu ilə görüşdə təqdim edib.

O, təsdiqləyib ki, paralel olaraq Pentaqon ABŞ hərbi-sənaye kompleksi ilə “Stinger” tipli daşına bilən hava hücumundan müdafiə sistemlərinin istehsalı üçün müqavilələr bağlayır ki, onun ehtiyatları Vaşinqtona lazım olan anbarlarda saxlanılsın.

Eyni zamanda, general qeyd edib ki, martın 28-də dərc olunmuş ABŞ-ın 2023-cü maliyyə ili üçün federal büdcə layihəsində “Stinger”in inkişafı üçün hərbi departamentdən vəsait ayrılması nəzərdə tutulub.

Açar sözlər:

Oxunub: 305