Azərbaycanda bələdiyyələrin siyahısında dəyişiklik edilib
19:56 01 Aprel 2022
Azərbaycanda bələdiyyələrin siyahısında dəyişiklik edilib.
Femida.az -ın xəbərinə görə, bu, Prezident İlham Əliyevin “Bələdiyyələrin əraziləri və torpaqları haqqında” Azərbaycan Respublikasının Qanununa əlavə edilmiş “Azərbaycan Respublikasında bələdiyyələrin siyahısı”nda dəyişiklik edilməsi barədə qanunu imzalaması ilə mümkün olub.
Dəyişikliyə əsasən, Kəpəz bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə Cavadxan, Məhsəti, Natəvan, Sadılı və Şıxzamanlı qəsəbələri, Gəncə şəhərinin 3 və 4 saylı sahə inzibati ərazi dairələrinin ərazisi, Nizami bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə Gəncə şəhərinin 1 və 2 saylı sahə inzibati ərazi dairələrinin ərazisi, Hacıkənd bələdiyyəsinin əhatə etdiyi ərazi vahidlərinə isə Hacıkənd və Göygöl qəsəbələrinin ərazisini təşkil edən hissəsi daxil olacaq.
Oxunub: 537
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Bu gün Azərbaycanda Anım Günüdür
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Bu sayda erməni meyiti Azərbaycandadır
- Xarici ölkələrin Azərbaycandakı diplomatlarının Füzuli və Şuşaya səfəri başlayıb
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib