Zelenski: “Ukraynada dinc əhalinin qətli soyqırımı kimi tanınacaq”


20:58     04 Aprel 2022 22_04_04_1649089857.jpg

"Ukraynada dinc əhalinin qətlə yetirilməsi soyqırımı kimi tanınacaq".

Femida.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski bildirib.

“Ətrafda gördükləriniz müharibə cinayətləridir və bu, dünya tərəfindən soyqırımı kimi tanınacaq”, - o deyib.

Zelenskinin sözlərinə görə, Rusiya hərbçilərinin cinayətlərinə dair çoxlu sübutlar var.

“İnsanların öldürüldüyünə və işgəncələrə məruz qaldığına dair bir milyon sübut var. Gəlin gözləyək, məhkəmə olacaq. Bacardığımız qədər açıq şəkildə təzyiq göstərəcəyik. Bütün cinayətkarları tapmaq üçün fasilə verməyəcəyik”, - Ukrayna dövlət başçısı vurğulayıb.

Açar sözlər:

Oxunub: 491