Azərbaycanda vergi orqanında uçotda olan şəxslərə göndərilən sənədlə bağlı qaydalar dəyişib


09:15     13 Aprel 2022 22_04_12_1649787382.jpg

Azərbaycanda vergi orqanında uçotda olan şəxslərə göndərilən sənədlə bağlı qaydalar dəyişib.

"Report" xəbər verir ki, bu barədə Baş nazir Əli Əsədov qərar imzalayıb.

Belə ki, Nazirlər Kabinetinin “Elektron qaimə-fakturanın formasının, tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi haqqında” qərarında dəyişiklik edilib.

Qərara əsasən, elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi ilə bağlı bəndə aşağıdakı əlavə edilir:

-lotereya biletlərinin, idman mərc oyunları biletlərinin və elektron mərc oyunu biletlərinin satışı, habelə lotereya biletlərinin agent qaydasında satışı ilə bağlı xidmətlərin göstərilməsi.

Açar sözlər:

Oxunub: 427