BMT: Ukraynada müharibə səbəbindən milyonlarla əlil təhlükə altındadır


10:22     15 Aprel 2022 22_04_15_1649996577.jpg

"Ukraynada müharibə səbəbindən milyonlarla əlil insan risk altındadır".

Femida.az Ukrayna mətbuatına istinadən xəbər verir ki, bu barədə BMT-nin İnsan Hüquqları Şurası məlumat yayıb.

Şura 2,7 milyon əlil insanın naməlum taleyindən narahatlığını ifadə edib.

"Uşaqlar da daxil olmaqla, əlilliyi olan bir çox insanın tələyə düşməsi və ya evlərində qalması barədə mütəmadi məlumatlar verilir", - hesabatda deyilir.

Həmçinin, əlillərin lazımi dərman, qida, su, gigiyena vasitələri və sanitar şəraitə çıxışı yoxdur. Qeyd olunur ki, bəzi əlillər miqrant taleyi yaşamağa məcbur olublar.

Açar sözlər:

Oxunub: 1068