Maliyyə Nazirliyində yeni təyinat olub
17:30 18 Aprel 2022
Maliyyə Nazirliyinın Uçot siyasəti şöbəsinin müdiri Firuzə Abdullayeva qurumda gender məsələləri üzrə yeni məsul şəxs təyin edilib.
Femida.az nazirliyə istinadən xəbər verir ki, o, qadın hüquqlarının müdafiəsinin gücləndirilməsi işinin təşkili və həyata keçirilməsi istiqamətində fəaliyyət göstərəcək.
Aparılan büdcə islahatları çərçivəsində büdcə siyasətinin gender məqsədləri ilə uzlaşdırılması nəzərdə tutulur.
“Dövlət qadın siyasətinin həyata keçirilməsi haqqında” ölkə prezidentinin 6 mart 2000-ci il 6 mart tarixli fərmanının icrasını təmin etmək məqsədilə təsdiq edilmiş Nazirlər Kabinetinin 26 sentyabr 2000-ci il tarixli qərarına əsasən nazirlik, komitə, şirkət, konsern, eləcə də digər dövlət müəssisə və təşkilatlarında daxili imkanlar çərçivəsində gender siyasəti tələblərinə uyğun olaraq gender məsələləri üzrə məsul şəxslər təyin etməlidirlər.
Oxunub: 394
Oxşar xəbərlər
- Maliyyə Nazirliyində kadr yerdəyişmələri olub
- Maliyyə Nazirliyi də artımlarla bağlı işlərə başladı
- Maliyyə nazirindən ittiham: "Pul ayrılır, nəticə yoxdur"
- Maliyyə Nazirliyinin əməkdaşı qəfildən vəfat edib
- Maliyyə Nazirliyi büdcə hesabatını yaydı
- Maliyyə Nazirliyindən QHT-lərə MÜRACİƏT
- Maliyyə dəstəyi üçün 148 minə yaxın vergi ödəyicisi müraciət edib
- Maliyyə Nazirliyindən daha bir xəbərdarlıq!
- Maliyyə Nazirliyinin əməkdaşı vəfat edib
- Maliyyə hesabatı verən siyasi partiyaların sayı artıb