Rusiya "Vaqner"çiləri Donbasa toplayır


18:49     20 Aprel 2022 22_04_20_1650466191.jpg

Rusiya Donbassa Suriya, Liviya və digər ölkələrdən 20 minə qədər muzdlu əsgər yerləşdirib.

Femida.az UNIAN-a istinadən xəbər verir ki, bu barədə “The Guardian” avropalı məmura istinadən yazıb.

Rəsminin sözlərinə görə, Ukraynanın şərqində muzdluların sayı 10-20 min arasında dəyişir. Onların arasında Suriyadan, Liviyadan olan terrorçular, həmçinin “Vaqner”çilər var.

“Sizə deyə bilərəm ki, bu ərazilərdən Donbasın şərq bölgəsinə doğru bəzi hərəkətlər görmüşük. Onlar piyadadırlar. Nə ağır texnikaları, nə də nəqliyyat vasitələri var”, - məlumatda bildirilib.

Həmçinin qeyd olunub ki, təcrübələrindən asılı olaraq onlara 600-3000 dollar arası məbləğ təklif edilib.

Məlumata görə, Rusiya Prezidenti Vladimir Putin mayın 9-da elan edə biləcəyi qələbə üçün tələsir.

Açar sözlər:

Oxunub: 344