İraqın şimalında Türkiyənin 2 əsgəri şəhid olub, 3-ü yaralanıb


20:58     26 Aprel 2022 22_04_26_1650990700.jpg

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi "Pəncə Kilid" antiterror əməliyyatı nəticəsində son sutkada 2 hərbçi şəhid olub, 3-ü yaralanıb.

Femida.az “TRT Haber”ə istinadən xəbər verir ki, məlumatı Türkiyə Milli Müdafiə Nazirliyi yayıb.

Bildirilib ki, "Pəncə Kilid" əməliyyatının keçirildiyi ərazidə terrorçuların hərbçilərə raket hücumu nəticəsində 2 əsgər - Yunus Kalkan və Fırat Canlı şəhid olub. Yaralı hərbçilər hospitala yerləşdiriliblər.

Açar sözlər:

Oxunub: 365