Laçın sakini əmisini dırmıqla öldürüb


11:55     27 Aprel 2022 22_04_27_1651044931.jpg

Laçın sakini əmisini dırmıqla öldürüb.

Bu barədə Femida.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, aprelin 20-də rayon sakini Bahadur İsmayılov Ağcabədi rayonunun Taxta Körpü qəsəbəsində yaşadığı evin həyətində münaqişə zəminində əmisi Əşrəf İsmayılovun baş nahiyəsinə dırmıq ilə xəsarət yetirib.

Xəstəxanaya yerləşdirilən Ə.İsmayılov aprelin 26-da ölüb.

Laçın Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində ölümlə nəticələnən qəsdən sağlamlığa ağır zərər vurmada şübhəli bilinən B.İsmayılov tutularaq istintaqa təhvil verilib.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 126.3-cü (Qəsdən sağlamlığa ağır zərər vurma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Açar sözlər:

Oxunub: 354