Goranboyda avtomobil aşıb, sürücü ölüb


11:30     01 May 2022 22_05_01_1651388707.jpg

Goranboyda sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

Hadisə rayonun Nizami kəndində qeydə alınıb. Hərəkətdə olan "Mercedes" markalı avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində, sürücü - 1994-cü il təvəllüdlü İ.Abbasov ağır xəsarətlər alıb.

O, Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılsa da artıq dünyasını dəyişdiyi məlum olub.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 394