Gələn aydan hansı həkimlərin maaşlarının artırılacağı məlum olub - SİYAHI
14:11 02 May 2022
Azərbaycanda iyunun 1-dən tibb sahəsində hansı ixtisaslar üzrə maaşların artırılacağı məlum olub.
Femida.az xəbər verir ki, “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na dəyişikliklər edilməklə 31 ixtisas üzrə çalışan həkimlərin aylıq əməkhaqlarının bütün məcburi tutulmalardan sonra tam məbləğinin 1000 manata çatdırılması nəzərdə tutulur. Bu da 8 minə yaxın həkimə şamil olunacaq. Maaş artımı üzrə illik əlavə maliyyə xərci təqribən 100 milyon manat təşkil edir.
Belə ki, 17 ixtisas üzrə çalışan həkimlərin maaşında artım iki dəfəyədək təşkil edəcək.
Həkim – allerqoloq
Həkim – psixiatr
Həkim – dermatoveneroloq
Həkim – oftalmoloq
Həkim – endokrinoloq
Müalicəvi bədən tərbiyəsi üzrə həkim
Həkim – fizioterapevt
Həkim – pulmonoloq
Həkim – infeksionist
Həkim – revmotoloq
Həkim – kardioloq
Həkim – terapevt
Həkim – narkoloq
Həkim – toksikoloq
Həkim – nevroloq
Həkim – travmatoloq – ortoped
Həkim – pediatr
14 ixtisas üzrə çalışan həkimin maaşında isə artım 20-90% arası dəyişəcək.
Həkim – nefroloq
Həkim – epidemioloq
Həkim – ftiziatr
Həkim – hematoloq
Həkim – neonatoloq
Həkim – diyetoloq
Həkim – genetik
Müalicəvi bədən tərbiyəsi üzrə mütəxəssis
Həkim – laborant
Psixoloq
Həkim – metodist
Loqoped
Həkim – mikrobioloq
Həkim – statistik
Oxunub: 447
Oxşar xəbərlər
- Gələn ay bayramlarla əlaqədar 5 qeyri-iş günü olacaq
- Gələn aydan Bakı-Şarm Əl-Şeyx reysi açılır
- Gələn ay Azərbaycanda 9 gün iş olmayacaq
- Gələn həftə şagirdlərin yerdəyişməsi dayandırılacaq
- Gələn il faiz dəhlizi parametrlərinə dair qəbul ediləcək qərarların qrafiki açıqlanıb
- Gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum olub
- Gələn ildən şəhid övladları Türkiyədə təhsil ala biləcəklər
- Gələn il maaş, pensiya və təqaüdlərin nə qədər artacağı məlum olub
- Gələn ilin Novruz, Ramazan və Qurban bayramı günləri açıqlanıb
- Gələn il 2 milyondan çox insanın sosial ödənişlərində artım olacaq