"Araz Supermarket" 2,5 milyon manat CƏRİMƏLƏNDİ - SƏBƏB
16:50 06 May 2022
İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində ““Araz Supermarketlər” şəbəkəsi Yeni il ərəfəsində ən ucuz market seçildi” reklamının yayılmasında “Araz Supermarket” MMC-nin digər market şəbəkələrinə qarşı haqsız rəqabətə yol verməsi əlamətləri üzrə qaldırılan işə dair qərar qəbul edilib.
Qurumdan Femida.az-a verilən məlumata görə, belə ki, həmin reklamda əmtəələrin qiyməti, əldəetmə və ödəniş şərtləri barədə həqiqətə uyğun olmayan məlumatlar yayımlanıb. Eyni zamanda digər bazar iştirakçıları ilə əsassız qiymət müqayisəsi aparılaraq haqsız və qeyri-dəqiq reklama yol verilib. Bununla yanaşı reklam məlumatında digər bazar subyektlərinin işgüzar nüfuzu və maliyyə vəziyyəti haqqında yalan və təhrif olunmuş məlumatların olduğu da aşkar edilib.
Qərara əsasən “Araz Supermarket” MMC-yə fəaliyyətində haqsız və qeyri-dəqiq reklam üsullarından istifadə olunmasına yol verməməsi haqqında icrası məcburi olan göstəriş verilib və haqsız rəqabətə yol verdiyinə görə MMC-yə 2 484,6 min manat maliyyə sanksiyası tətbiq edilib.
Oxunub: 337
Oxşar xəbərlər
- Arazdan yeni suvarılan torpaqlara su verilməsi 5 milyon manata başa gələcək
- Araz çayından Təbrizə su çəkilməsi planlaşdırılır
- Araz Ağalarovun qardaşı qızının evi qarət olundu
- Araz Ağalarovun qızı “Bentley” ilə qəzaya düşdü (FOTO)
- Araz Ağalarov Rusiya ilə Türkiyəni yaxınlaşmağa çağırdı
- Araz çayında batan İmişli sakininin meyiti tapıldı