ASCO-nun sədr müavini işdən çıxıb
09:18 23 May 2022
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) sədrinn strateji inkişaf, investisiya layihələri və logistika üzrə müavini Fərhad Quliyev vəzifəsini tərk edib.
Femida.az xəbər verir ki, hələ ki, onun yerinə təyinat olmayıb.
Beləliklə, müavinlərin sayı 4-ə düşüb. Bunlar I müavini Mübariz Cabbarov, iqtisadi məsələlər üzrə müavini Cəlal Fərəcli, rejim üzrə müavin Nəzrəddin Əhmədzadə və ümumi məsələlər üzrə müavin Cəbrayıl Mahmudludur. Səhmdar cəmiyyətinə Rauf Vəliyev rəhbərlik edir.
Oxunub: 227