Bərdədə üzücü olay: Qızlarına toy edib evə qayıdan ailə ŞOK yaşadı - FOTO


17:49     28 May 2022 22_05_28_1653745829.jpg

Bərdə rayonunda yanğın hadisəsi baş verib.

Femida.az Trend-ə istinadən xəbər verir ki, hadisə əslən Laçın rayonundan olan Elşən Musayevə məxsus fərdi yaşayış evində qeydə alınıb.

İkiotaqlı ev əşyaları ilə birlikdə yanaraq külə dönüb. Ev sahibi Elşən Musayev iddia edir ki, onun mənzilini qəsdən yandırıblar.

Qeyd edək ki, hadisə Elşən Musayevin qızının toy məclisi zamanı baş verib. Ailə toydan çıxıb evə qayıtdıqda mənzilin yandığını görüb. Ailəyə xeyli miqdarda ziyan dəyib.

Açar sözlər:

Oxunub: 413