ÜST meymunçiçəyi xəstəliyinin yayılma riskini qiymətləndirib


10:24     30 May 2022 22_05_30_1653888271.jpg

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) hazırda qlobal səviyyədə meymunçiçəyi xəstəliyinin yayılma riskini orta dərəcədə qiymətləndirir, lakin vəziyyətin daha da pisləşə biləcəyini istisna etmir.

Bu barədə Femida.az xarici mətbuata istinadən xəbər verir.

Mayın 26-na olan məlumata görə, ÜST-də 257 laboratoriyada təsdiqlənmiş və meymunçiçəyi xəstəliyinə dair 120 şübhəli məlumat var. Qeyd olunur ki, təşkilata ölüm faktı daxil olmayıb.

Hazırda qlobal səviyyədə ümumi ictimai sağlamlıq riski orta səviyyədə qiymətləndirilir.

Açar sözlər:

Oxunub: 258