DTX Whatsapp yazışmalarını ələ keçirmək istəyənləri aldadan saxta hakeri məsuliyyətə cəlb edib
10:53 31 May 2022
Sosial şəbəkələrdə və kütləvi informasiya vasitələrində “Aztechnolog” adlı “İnstagram” səhifəsini idarə edən şəxslər tərəfindən maddi maraq zəminində istifadəçilərin müraciəti əsasında üçüncü şəxslərin “WhatsApp” tətbiqindəki yazışmalarının kibermüdaxilə yolu ilə gizli ələ keçirilməsi və izlənilməsi üçün təqdim olunması ilə bağlı yayılmış məlumatlar Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən nəzarətə götürülərək araşdırılıb.
Femida.az-ın xəbərinə görə, bu barədə məlumatı DTX-nin rəsmi saytı yayıb.
Məlum olub ki, 2000-ci il təvəllüdlü Bakı şəhər sakini Əsgərov Arif Həmid oğlu “İnstagram” sosial şəbəkəsində “Aztechnolog” (www.instagram.com/xakkerhuseyn) adı ilə qeydiyyatdan keçərək sözügedən səhifədə müəyyən pul müqabilində “WhatsApp” yazışmalarının ələ keçirilməsi və izlənilməsi məqsədilə elektron ünvan (keçid linki) təqdim edilməsinə dair bilərəkdən yalan məlumat yerləşdirib, bu xidmət üçün müraciət edənlər pul vəsaitlərini Arif Əsgərovun sərəncamında olan bank kartı hesabına köçürərək, ödəniş barədə qəbzlərin surətini qeyd olunan “İnstagram” səhifəsinə göndərib, lakin sonra həmin şəxslərin müvafiq səhifəni idarə edən şəxslə əlaqə yaratma cəhdləri baş tutmayıb və onlara ödədikləri vəsaitin əvəzində heç bir xidmət təqdim edilməyib.
Arif Əsgərov bu yolla 25 may 2022-ci il tarixədək olan müddət ərzində əməliyyat-axtarış fəaliyyətini həyata keçirmək səlahiyyətinə malik olmayan şəxs kimi gizli qaydada informasiya alınması üçün nəzərdə tutulmuş texniki vasitələrdən qanunsuz istifadə edilməklə belə tədbirlərin keçirilməsinə təhrik edib aldatdığı 394 nəfər şəxsin pul vəsaitlərini ələ keçirib.
Arif Əsgərov Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə cinayət məsuliyyətinə cəlb olunub.
Hazırda araşdırmalar davam etdirilir.
Oxunub: 333
Oxşar xəbərlər
- DTX və DSX birgə əməliyyat keçirib, saxlanılan var
- DTX-nin həbs etdiyi “Broker Əbülfəz” kimdir?
- DTX: Vətən müharibəsi iştirakçılarına qarşı dələduzluq edən şəxs həbs edilib
- DTX Bakıda erməni təxribatını ifşa etdi - Düşmənə “işləyən” 15 yaşlı qız tutuldu - VİDEO
- DTX işçilərinin aylıq vəzifə maaşlarının məbləğlərində dəyişiklik təsdiqlənib
- DTX MİDA-da əməliyyat keçirdi - Saxlanılanlar var
- DTX Vətən müharibəsində Ermənistanın S-300 raketlərinin yerlərini müəyyənləşdirmək üçün hazırladığı əməliyyat planını açıqlayıb
- DTX-nin işçilərinin ştat sayı həddində dəyişiklik edilib
- DTX və polis birgə əməliyyat keçirib, saxlanılanlar var
- DTX Müdafiə Nazirliyində əməliyyat keçirdi - Polkovnik saxlanıldı