Azərbaycanda nişanlı qız oğlan evini yola salıb özünü ASDI
11:47 31 May 2022
Kürdəmirdə 18 yaşlı qız intihar edib.
Femida.az-ın "Qafqazinfo”ya istinadən verdiyi məlumatına görə, rayonun Xəlsə kəndində yaşayan 2004-cü il təvəllüdlü Aidə Məmişova özünü evin həyətindəki hində asaraq həyatına son qoyub.
İlkin araşdırmalar zamanı məlum olub ki, Xəlsə kənd 9 illik məktəbi bitirən A.Məmişova ötən il qonşu kənddən olan oğlanla nişanlanıb. Yaxın günlərdə onun toyu planlaşdırılıbmış.
Belə ki, ötən gün oğlan evi Xəlsədə qızgilin evinə gələrək toyun tarixini və digər detalları müzakirə ediblər. Qonaqlar gedəndən sonra A.Məmişovanın həyətdə cehizlik yorğan-döşək üçün yun təmizləyən anası ona toyuqlara dən atmasını tapşırıb. Hinə gedən 18 yaşlı qız az sonra qışqırmağa başlayıb. Ailə üzvləri onun ilandan qorxduğunu düşünüblər. Az sonra ora daxil olan qızın qardaşı bacısının özünü asdığını görüb.
Hadisənin hansı səbəbdən baş verməsi hələlik məlum deyil.
Faktla bağlı Kürdəmir Rayon Prokurorluğunda araşdırma aparılır.
Oxunub: 304
Oxşar xəbərlər
- Azərbaycanda hərbi xidmətə növbəti çağırış başlayıb
- Azərbaycanda qızlar niyə yoxa çıxır? - Görün hardan tapılırlar
- Azərbaycanda hibrid avtomobillərin idxal və satışı daha 1 il vergidən azad ediləcək
- Azərbaycanda bu şəxslərə yardımlar veriləcək - 5 il müddətinə - VİDEO
- Azərbaycanda son sutkada 710 nəfər koronavirusa yoluxub
- Azərbaycanda son sutkada 563 nəfər koronavirusa yoluxub, 1 nəfər ölüb
- Azərbaycanda avtomobillərin icbari sığortalanması qaydaları dəyişib
- Azərbaycanda meyit donorun anonimliyini qorumayanlar cərimələnəcək
- Azərbaycanda son sutkada 102 nəfər koronavirusa yoluxub, ölən olmayıb
- Azərbaycanda koronavirusa sutkalıq yoluxma sayı 400 nəfəri keçib