Prokuror Cəlilabadın sabiq icra başçısına 13 il həbs cəzası istəyib
16:12 03 İyun 2022
Prokuror Cəlilabad Rayon İcra Hakimiyyətinin hazırda həbsdə olan sabiq başçısının 13 il müddətinə azadlıqdan məhrum edilməsini istəyib.
Femida.az xəbər verir ki, bu barədə dövlət ittihamçısı Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Xamməd Nuriyevin sədrliyi ilə keçirilən prosesdə elan edib.
Daha sonra təqsirləndirilən şəxsin vəkilləri müdafiə çıxışı üçün məhkəmədən vaxt istəyib.
Məhkəmənin növbəti iclası iyunun 10-na təyin edilib.
Qeyd edək ki, N.Zeynalov 2020-ci ilin dekabr ayında Dövlət Təhlükəsizliyi Xidmətinin Cəlilabad Rayon İcra Hakimiyyətində keçirdiyi xüsusi əməliyyat zamanı saxlanılıb.
Ona Cinayət Məcəlləsinin 179.2.2-ci (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3-cü (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə), 179.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3-cü (külli miqdarda rüşvət alma), 311.3.2-ci (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.
N.Zeynalov 5 milyon manatdan artıq vəsaiti mənimsəmədə və rüşvət alma yolu ilə ələ keçirməkdə ittiham olunur.
Oxunub: 2844
Oxşar xəbərlər
- Prokurorluq Əvəz Zeynallı və Elçin Sadıqovun həbsi ilə bağlı məlumat yayıb
- Prokurorluq orqanlarının veteranı vəfat edib
- Prokurorluq Lənkəranda 27 yaşlı gəncin bıçaqlanaraq öldürülməsi ilə bağlı məlumat yayıb
- Prokurorluq Salyanda baş verən qətllə bağlı məlumat yayıb
- Prokuror Maqsud Mahmudova 14 il həbs cəzası istəyib
- Prokuror Ceyhun Sultanov və Cəlal İsayevin evlərindən oğurluq edən şəxslərə cəza istəyib
- Prokuror Bakıda tanışını qətlə yetirən şəxsə 19 il həbs cəzası istəyib
- Prokurorluq Samuxdakı qətllə bağlı məlumat yayıb
- Prokuror polis şöbəsində arvadını güllələyən serjanta 20 il həbs cəzası istəyib
- Prokuror həbsdə olan keçmiş icra başçısına 12 il həbs cəza istəyib