Aİ Rusiyanın Milli Hesablaşma Depozitarisinə qarşı sanksiya tətbiq edib


21:07     03 İyun 2022 22_06_03_1654276043.jpg

Avropa İttifaqı (Aİ) Rusiyaya qarşı altıncı sanksiyalar paketinə qiymətli kağızlara, o cümlədən Rusiyanın dövlət borclarına xidmət üçün istifadə edilən Rusiyanın Milli Hesablaşma Depozitarisini (MHD) və daha 17 hüquqi şəxsi daxil edib.

Femida.az TASS-a istinadən xəbər verir ki, sənədin tam mətni Aİ-nin rəsmi jurnalında dərc olunub.

MHD Rusiyanın qeyri-bank təşkilatı və Rusiyanın mərkəzi depozitarisidir, onun 99,99%-i Moskva Birjasına məxsusdur və MHD onun hesablaşma depozitarisidir.

Siyahıya həmçinin “Oboronenerqo”, “Voentelekom”, “Voentorq”, “Kamaz”, UAZ, “Tatneft-Neftexim” və “Remdizel” də daxildir.

Açar sözlər:

Oxunub: 282