Ukrayna Rusiyanın 7 milyon dollarlıq daha bir PUA-sını məhv edib


17:58     04 İyun 2022 22_06_04_1654349960.jpg

Ukrayna Silahlı Qüvvələri Rusiya ordusuna məxsus daha bir “Forspost” pilotsuz uçuş aparatını məhv edib.

Femida.az “UNIAN-a istinadən xəbər verir ki, PUA Ukraynanın cənubunda mülki və hərbi infrastrukturun yerləşdiyi yerlərin kəşfiyyatını apararkən vurulub.

Bildirilib ki, bu texnikanın qiyməti 7 milyon dollardan çoxdur.

Bundan başqa, Ukrayna ordusu "Bayraktar TB2" PUA-sı vasitəsilə Rusiya ordusunun daha bir tankını sıradan çıxarıb.

Açar sözlər:

Oxunub: 335