KİV: İspaniya Ukraynaya tanklar və zenit raketləri göndərməyə hazırdır
10:28 05 İyun 2022
İspaniya hökuməti Ukraynaya ağır silahlar, o cümlədən tanklar və zenit-raket kompleksləri verməyə hazırdır.
Femida.az-ın məlumatına görə, bu barədə “El Pais” qəzeti Krallığın Nazirlər Kabinetindəki mənbələrə istinadən məlumat yayıb.
İndiyədək İspaniya hakimiyyəti Ukrayna tərəfinə döyüş sursatı, fərdi mühafizə vasitələri və yüngül silahlar - qumbaraatan və ya pulemyotlar verib.
Hazırda isə İspaniya “Leopard” tankları və zenit-raket komplekslərinin batareyasını tədarük etməyə hazırlaşır.
İspaniya həmçinin Ukrayna ordusuna Qərb tankları ilə işləmək üçün təlim keçməyi təklif edib. Nəşrin mənbələrinə görə, ilkin təlimlər 500 ispan əsgərinin yerləşdiyi Latviyada, daha sonra isə krallığın ərazisində keçirilə bilər.
Oxunub: 298
Oxşar xəbərlər
- KİV: “Rusiya NATO ölkələrinə nüvə zərbəsi endirə bilər”
- KİV: Rusiya iqtisadiyyatı sanksiyalara görə 15 il geriləyəcək
- KİV: "Suriyalı muzdlular Ukraynaya qarşı döyüşmək üçün Rusiyaya gediblər"
- KİV: “Rusiya artıq Kiyevi tutmaq istəmir”
- KİV: “Volodimir Zelenskiyə qarşı 3 dəfə sui-qəsd cəhdi olub”
- KİV: Pakistan İŞİD-lə mübarizədə "Taliban"a yardım edir
- KİV: Ermənistanın xarici işlər naziri istefa verib
- KİV: Nərmini qətlə yetirməkdə şübhəli bilinən şəxs saxlanıldı - YENİLƏNİR