Ukrayna İsraildən “Dəmir günbəz” almaq istəyir


09:28     08 İyun 2022 22_06_08_1654665347.jpg

Ukrayna şəhərlərini və hərbi obyektlərini Rusiyanın raket hücumlarından qorumaq üçün İsraildən “Dəmir günbəz” hava hücumundan müdafiə sistemini almaq istəyir.

Femida.az-ın məlumatına görə, bunu Ukraynanın İsraildəki səfiri Yevgeni Korniyçuk deyib.

Onun sözlərinə görə, ABŞ belə bir razılaşmaya müdaxilə etməyəcək: “Bizim İsrailin köməyinə ehtiyacımız var. Yəni, bizim hərbi-texniki dəstəyə ehtiyacımız var. Bizə “Dəmir günbəz” lazımdır. Bu bizə dinc qadın və uşaqlarımızı Rusiyanın raket hücumlarından xilas etməyə imkan verəcək”, - Korniyçuk vurğulayıb.

Açar sözlər:

Oxunub: 372