Naxçıvanda avtomobil yolu keçən piyadanı vuraraq öldürüb


13:08     08 İyun 2022 22_06_08_1654679302.jpg

İyunun 6-da saat 17 radələrində Naxçıvan şəhərində şəhər sakini G.Şirinova idarə etdiyi “Hyundai” markalı avtomobillə yolu keçən həmyerlisi N.Məmmədovanı vurub.

Daxili İşlər Nazirliyindən Femida.az-a verilən məlumata görə, nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.

Faktla bağlı Naxçıvan Şəhər Polis Şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 332