Gəncədə ehtiyatda olan polkovnik-leytenantın ölümü ilə bağlı cinayət işi başlanılıb
10:30 10 İyun 2022
Gəncə şəhərində avtomobilin piyadanı vuraraq öldürməsi fakıt ilə bağlı cinayət işi başlanılıb.
Hadisə iyunun 8-də saat 22 radələrində şəhər ərazisində, Gəncə-Şəmkir şossesi istiqamətində qeydə alınıb.
Belə ki, 1997-ci il təvəllüdlü İsmayılov Röyal Zöhrab oğlu idarə etdiyi "Kia Forte" minik markalı avtomobillə hərəkətdə olarkən yolu keçən piyada 1982-ci il təvəllüdlü Namazov Şöhrət Camal oğlunu vurub. Nəticədə piyada aldığı xəsarətlər nəticəsində ölüb.
Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsinin İstintaq və Təhqiqat idarəsində Cinayət Məcəlləsinin (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.
Qeyd edək ki, Ş.Namazov Azərbaycan Ordusunun ehtiyatda olan polkovnik-leytenantı olub. O, 2016-cı ildə Aprel döyüşlərində və 44 günlük Vətən müharibəsində iştirak edib.
Oxunub: 15929
Oxşar xəbərlər
- Gəncədə avtomobil piyadanı vuraraq öldürüb
- Gəncədə tanışını qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Gəncədə avtomobil qaçıran şəxs saxlanılıb
- Gəncədə kişi həyat yoldaşını bıçaqlayaraq öldürüb
- Gəncədə mübahisə zəminində 3 nəfər bıçaqlanıb
- Gəncədə mənzildə qadın meyiti aşkarlanıb
- Gəncədə yaşayış binasında partlayış olub, ölən var
- Gəncədə 152 kq istehlaka yararsız ət aşkarlanıb
- Gəncədə narkotikin təsiri altında avtoxuliqanlıq edən şəxs saxlanılıb
- Gəncədə fəhlənin əlində partlayıcı qurğu partlayıb