Səhiyyə Nazirliyinin səlahiyyətlərindən biri alınaraq TƏBİB-ə verilib
19:37 10 İyun 2022
Səhiyyə Nazirliyinin səlahiyyətlərindən biri alınaraq TƏBİB-ə verilib
Femida.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin “Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi haqqında Əsasnamənin, nazirliyin strukturunun təsdiq edilməsi və aparatının işçilərinin say həddinin müəyyən edilməsi barədə” və “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun qiymətləndirilməsi sisteminin təkmilləşdirilməsi haqqında” fərmanlarına dəyişiklik etməsi ilə mümkün olub.
Dəyişikliyə əsasən, Səhiyyə Nazirliyinin əlilliyin qiymətləndirilməsi üçün həkim-məsləhət və hərbi-həkim komissiyalarının rəsmiləşdirdikləri tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrini aparmaq və “Elektron hökumət” portalı vasitəsilə bu reyestrə real vaxt rejimində çıxışı təmin etmək səlahiyyəti ləğv edilib.
Digər dəyişikliklə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinə (TƏBİB) tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin vahid mərkəzləşdirilmiş reyestrinin operatoru funksiyalarını həyata keçirmək və “Elektron hökumət” portalı vasitəsilə real vaxt rejimində aidiyyəti dövlət orqanlarının (qurumlarının) həmin reyestrə çıxışını təmin etmək tapşırılıb.
Eyni zamanda TƏBİB tibbi-sosial ekspertiza müayinəsinə göndərişlər barədə məlumatların real vaxt rejimində Səhiyyə Nazirliyinin “Vahid Səhiyyə İnformasiya Sistemi”nə ötürülməsini təmin etməlidir.
Oxunub: 261
Oxşar xəbərlər
- Səhiyyə Nazirliyi Qurban bayramı ilə bağlı vətəndaşlara müraciət edib
- Səhiyyə naziri valideynlərə müraciət edib
- Səhiyyə Nazirliyi yuxu və qida rejimi ilə bağlı sürücülərə müraciət edib
- Bir qrup səhiyyə işçisi təltif edilib - SİYAHI
- Əli Əsədov Ümumdünya Səhiyyə Təşkilatının Baş direktoru ilə görüşüb
- DİQQƏT! "Meymun çiçəyi" virusu bu yolla yayılır - Səhiyyə Nazirliyi açıqlama yaydı
- Səhiyyə naziri: “Pandemiyanın sona çatdığı elan oluna bilər”
- Səhiyyə naziri qapalı məkanlarda maska tələbinin ləğvi məsələsinə münasibət bildirib
- Səhiyyə qurumları “Peyvənd sertifikatı” ilə bağlı əhaliyə çağırış edib
- Səhiyyə Nazirliyindən əhaliyə VACİB ÇAĞIRIŞ