İraqda həlak olan Türkiyə hərbçilərinin sayı artıb


11:47     12 İyun 2022 22_06_12_1655020095.jpg

İraqın şimalında keçirilən “Pençe-Kilit” əməliyyat zonasında həlak olan Türkiyə əsgərlərinin sayı artıb.

Bu barədə Femida.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, terrorçular tərəfindən yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olan hərbçilərin sayı 2 nəfərə çatıb. Partlayış nəticəsində həmçinin daha 2 hərbçi yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Türkiyə Milli Müdafiə Nazirliyi həlak olan hərbçilərin ailələrinə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Qeyd edək ki, Türkiyə ordusu İraqın şimalında “Pençe-Kilit” antiterror əməliyyatına aprelin 18-də başlayıb.

Açar sözlər:

Oxunub: 413