Yollar nə vaxt açılacaq?
13:05 13 İyun 2022
Yollar nə vaxt açılacaq?
İyunun 14-ü, səhər saat 10:00-dan etibarən Bakıda hərəkətin məhdudlaşdırıldığı bütün yollar tam olaraq açılacaq.
Femida.az xəbər verir ki, bu barədə Bakı Şəhər Halqası Əməliyyat Şirkəti məlumat yayıb.
Belə ki, 10-12 iyun tarixlərində baş tutan 2022 Formula 1 Azərbaycan Qran Prisi ərəfəsində 6 iyun tarixindən bağlanan prospekt və küçələr çərşənbə günü səhər saatlarında tamamilə sürücülərin istifadəsinə veriləcək.
Bundan başqa, iyunun 14-dən 20-nə kimi yollarda təhlükəsizlik məqsədilə quraşdırılan beton bloklar da götürüləcək. Piyadalar üçün quraşdırılmış müvəqqəti körpülər isə iyunun 22-nə qədər aradan qaldırılacaq.
“Bakı Şəhər Halqası Əməliyyat Şirkəti olaraq bu müddət ərzində bütün sakinlərə göstərdikləri anlayışa görə minnətdarlığımızı bildiririk”, - deyə açıqlamada qeyd olunub.
Oxunub: 2786
Oxşar xəbərlər
- Yollar buz bağlayacaq, dumana görə görünüş məsafəsi məhdudlaşacaq
- Yollar buz bağlayacaq, güclü külək əsəcək - PROQNOZ
- Yollarda avtomobillərlə aşkar sürət yarışına girənlər bir ayadək inzibati həbs edilə bilər
- Yolların yenidən qurulmasına 1,9 milyon manat ayrılıb
- Yollarda xüsusi karantin rejimini pozan 615 nəfər cərimələnib
- Yollarda karantin rejimini pozan 1251 nəfər cərimələnib
- Yollarda sürət həddi endirildi - Hava şəraitinə görə
- Yollarda xüsusi hərəkət zolaqları yaradılacaq
- Yollar buz bağlayacaq - XƏBƏRDARLIQ
- Yollarla bağlı hesabat: 23 rayonda...