ÜST-ün rəhbəri: “Artıq Azərbaycanda pandemiya ən aşağı səviyyəyə enib"
12:58 16 İyun 2022
“Artıq Azərbaycanda pandemiya ən aşağı səviyyəyə enib və yoluxma halı da çox azdır”.
Femida.az-ın xəbərinə görə, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus iyunun 16-da “Qlobal dünya nizamına təhdidlər” mövzusunda keçirilən Qlobal Bakı Forumunun açılış mərasimində deyib.
Onun sözlərinə görə, dünyada bir milyard sakin hələ də peyvənd edilməyib: “Afrikada vaksin edilmiş əhali çox aşağı saydadır”.
“Vaksin edilmiş əhalinin üzərində araşdırma aparmalıyıq. ÜST bütün ölkələri səhiyyə təşkilatlarını yenidən qurmağa çağırır. Biz təbii şəkildə ortaya çıxan xəstəliklərə daim hazır olmalıyıq. Prezident İlham Əliyevin sözlərinə dəstək olaraq, beynəlxalq müqavimət üzərində işləmək lazımdır. Mən buna sessiyada çıxışımda yer verəcəyəm”, - ÜST-ün rəhbəri bildirib.
Oxunub: 259
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"