Cəbrayılda mina partlayışında xəsarət alan ANAMA əməkdaşı evə buraxılıb


20:47     19 İyun 2022 22_06_19_1655656207.jpg

İyunun 19-da Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşı, 1992-ci il təvəllüdlü Şükürov Əli Şirəli oğlu işğaldan azad edilmiş Cəbrayıl rayonu ərazisində xidməti vəzifəsini yerinə yetirərkən piyada əleyhinə mina partlayışı baş verib.

Femida.az xəbər verir ki, bu barədə ANAMA-nın Mətbuat Xidməti məlumat yayıb.

Partlayış dalğası zamanı torpaqdan qalxan daş hissələri əməkdaşın ayaqlarına yüngül xəsarət yetirib.

Şükürov Əli Şirəli oğlu rayon xəstəxanasına aparılıb, zəruri müayinələrdən keçərək evə buraxılıb.

ANAMA bir daha vətəndaşlarımızı işğaldan azad edilmiş ərazilərdə diqqətli və sayıq olmağa çağırır. Özlərini təhlükəli ərazidə hiss etdikdə, hərəkəti dayandıraraq, “102” və ya “112” xidməti zəng mərkəzlərinə məlumat vermələri tövsiyə olunur.

Açar sözlər:

Oxunub: 275