Dövlət Agentliyinin vəzifəli şəxsi saxlanılıb


20:17     21 İyun 2022 22_06_21_1655828272.jpg

Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyinin “Avtomobil Yollarının Mühafizə Xidməti” MMC-nin Nəzarət şöbəsinin rəisi Hüseynov Fikrət İsrafil oğlu saxlanılıb.

Femida.az-ın xəbərinə görə, şirkətdə Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən əməliyyat-axtarış tədbirləri həyata keçirilib.

Baş Prokurorluğun Mətbuat Xidmətindən "Report"a faktı təsdiqləyib. Bildirilib ki, əməliyyatın nəticələri barədə ətraflı məlumat veriləcək.

Qeyd edək ki, ilk xəbəri qaynarinfo.az saytı yayıb.

Açar sözlər:

Oxunub: 299