Məhkəmə Əjdər Olun cəzasını azaldıb
21:14 21 İyun 2022
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rüşvət almaqda təqsirləndirilən sabiq Aparat rəhbəri Əjdər Cəbiyevin (Əjdər Ol) cəzası 3 ay müddətinə azaldılaraq 8 il 3 aya endirilib.
Femida.az xəbər verir ki, bu barədə qərar Bakı Apellyasiya Məhkəməsinin hakimi Zəki Babayevin sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.
Qeyd edək ki Ə.Cəbiyev xidməti vəzifələrinin icrası ilə əlaqədar külli miqdarda pul vəsaitini vətəndaşlardan rüşvət qismində istəyərək alıb.
O, qulluq mövqeyindən istifadə edərək külli miqdarda dövlət vəsaitini mənimsəyib.
Cinayət materiallarında göstərilib ki, Ə.Cəbiyev sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümovla əlbir olaraq müxtəlif şəxslərdən ümumilikdə 327 min manatdan artıq vəsaiti rüşvət qismində ələ keçirib.
Bundan başqa, nazirliyin tikilməkdə olan obyektlərini kurasiya edərkən qulluq səlahiyyətlərindən istifadə edərək şəhid ailələri və Qarabağ əlilləri üçün Gəncə və Mingəçevir şəhərlərində alınan mənzillərə görə artıq pul köçürməklə 262 min manat büdcədən pul silinməsinə nail olub. Həmin pulları nazirliyin inzibati binasında tikintilərdən məsul şəxs olan Natiq Əzizov vasitəsi ilə əldə edib.
Ə.Cəbiyevin barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (Mənimsəmə, külli miqdarda törədildikdə), 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (Rüşvət alma, qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən), 311.3.2-ci (Rüşvət alma, təkrar törədildikdə) və 311.3.3-cü (Rüşvət alma, külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülüb.
Ə.Cəbiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarına əsasən 8 il 6 ay müddətinə azdlıqdan məhrum edilib.
Oxunub: 364
Oxşar xəbərlər
- Məhkəmə hakimlərinə məzuniyyətə çıxarkən verilən pul vəsaiti azaldılıb
- Məhkəmə Rafael Cəbrayılovun cinayət işinə xitam verib
- Məhkəmə Şakiranın cinayət məsuliyyətinə cəlb olunması barədə qərar qəbul edib
- Məhkəmə Bakıda anasını qətlə yetirən şəxslə bağlı qərar elan edib
- Məhkəmə “AzerGold”a qarşı qaldırılmış pul tələbi iddiasını rədd edib
- Məhkəmə məktəblini bıçaqlayan şəxslə bağlı qərar verib
- Məhkəmə rüşvətə görə tutulan həkimlə bağlı qərar elan edib
- Məhkəmə “Tik-Tok”er qızı öldürən şəxslə bağlı qərar elan edib
- Məhkəmə Mahir Quliyevin əmlaklarını müsadirə edib
- Məhkəmə İsmayıllı Olimpiya İdman Kompleksinin sabiq direktoru ilə bağlı qərar çıxarıb