Qubada avtomobil yolu keçən qadın piyadanı vuraraq öldürüb


11:12     24 İyun 2022 22_06_24_1656052792.jpg

Qubada avtomobil yolu keçən qadın piyadanı vuraraq öldürüb.

Femida.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, iyunun 23-də saat 21 radələrində Quba şəhərində Rustov kənd sakini Ə.Əsədov idarə etdiyi “VAZ-21099” markalı avtomobillə yolu keçən şəhər sakini Vəsilə Babayevanı vurub və nəticədə piyada hadisə yerində ölüb.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində araşdırma aparılır.

Açar sözlər:

Oxunub: 311