Ukrayna Baş Qərargahı: "Qırıcı təyyarələrimiz qarşı tərəfin mövqelərinə güclü zərbələr endirib"
10:05 28 İyun 2022
“Rusiya Silahlı Qüvvələri Severski istiqamətində atəşə davam etdirir. Xarkov istiqamətində qarşı tərəfin əsas səyləri Ukrayna ordusunun dövlət sərhədinə qədər irəliləməsinin qarşısının alınmasına yönəlib”.
Femida.az xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahının gündəlik operativ məlumatında yazılıb.
“Düşmən Yavirske qəsəbəsi yaxınlığında havadan zərbə endirib. Həmçinin Xarkov, Ruska Lozova, Starıy Saltiv, Peremoha, Çepil və Milova yaşayış məntəqələri yaxınlığındakı infrastruktur obyektləri artilleriya atəşinə məruz qalıb. Rusiya ordusu Kramatorsk istiqamətində aktiv hərəkətə keçməyib. Düşmən Baxmut-Lısıçansk magistralına nəzarəti ələ keçirmək ümidini itirmir. Baxmut istiqamətində Rusiya ordusu Kostiantynivka, Bilohorivka, Vyimka, Pokrovski, Baxmut və Soledar rayonlarını artilleriyadan atəşə tutdular. Avdiivka, Kuraxiv, Novopavliv və Zaporojjya rayonlarında qarşı tərəf fəal hərəkətə keçməyib”, - məlumatda bildirilib.
Məlumata görə, Ukrayna əsgərləri Yeqorivka - Pavlivka istiqamətində hücumu dəf ediblər:
“Qarşı tərəf itki verərək geri çəkilib. Cənub Buq istiqamətində düşmən əsas səylərini əvvəllər işğal olunmuş sərhədləri qorumağa, qoşunlarımızın Xerson və Nikolayev vilayətlərində əks-hücum əməliyyatları keçirməsinin qarşısını almağa yönəldir. “Kalibr” tipli iki dəniz qanadlı raket daşıyıcısı Qara dənizdə raket silahlarından istifadəyə hazırdır. Hərbi Hava Qüvvələrinin qırıcı təyyarələri qarşı tərəfin mövqelərinə güclü hava zərbələri endirib. Həmçinin əsgərlərimiz raket və artilleriya atəşi tapşırıqlarını uğurla yerinə yetirməkdə davam edir”.
Oxunub: 382
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"