Azərbaycanda 3 mindən artıq şəxsə elektron nəzarət vasitələri tətbiq olunub


21:26     30 İyun 2022 22_06_30_1656610016.jpg

Bu il azadlıqdan məhrumetməyə alternativ cəzaların icrasının daha səmərəli təşkili və nəzarətin gücləndirilməsi ilə bağlı tədbirlər görülüb. Hazırda 3200-ə yaxın şəxsə elektron nəzarət vasitələri tətbiq olunub.

Femida.az xəbər verir ki, bu barədə Ədliyyə Nazirliyinin kollegiya iclasında bildirilib.

Kollegiyada cari ildə cəmiyyətin həssas qrupu olan yetkinlik yaşına çatmayan və qadın məhkumlar üçün yeni penitensiar müəssisələrin istifadəyə verildiyi, habelə cəzaların icrasının səmərəliliyinin artırılması ilə bağlı əlavə tədbirlərin görüldüyü qeyd olunub.

Açar sözlər:

Oxunub: 311