Ukrayna ABŞ-dan əlavə 50 milyon dollarlıq silah və texnika alacaq


20:27     02 İyul 2022 22_07_02_1656782885.jpg

Ukrayna ABŞ-dan əlavə 50 milyon dollar dəyərində silah və texnika alacaq.

Femida.az xəbər verir ki, bu barədə Bu barədə dövlət katibi Antoni Blinkenin ABŞ-ın Ukraynadakı səfirliyinin saytında dərc edilmiş bəyanatında deyilir.

"Ukraynalılar ölkələri uğrunda mübarizəni davam etdirirlər və ABŞ onların layiqli işini dəstəkləyir. Ukraynanın müstəqilliyinə, təhlükəsizliyinə, suverenliyinə və ərazi bütövlüyünə sadiq qalırıq”, - bəyanatda deyilir.

Blinken Ukraynanın özünümüdafiəsi üçün ABŞ Müdafiə Nazirliyinin ehtiyatlarından on dördüncü silah və texnikanın ayrılmasını qeyd edib.

“ABŞ Ukraynaya ümumi hərbi yardımını 6,92 milyard dollara çatdıracaq", - Blinken əlavə edib.

Açar sözlər:

Oxunub: 306