Türkiyə kəşfiyyatı PKK-nın rəhbərlərindən birini məhv edib


16:32     04 İyul 2022 22_07_04_1656936497.jpg

Türkiyənin Milli Kəşfiyyat İdarəsi İraqın şimalıda PKK terror qruplaşmasına qarşı yeni əməliyyat keçirib.

Femida.az “Hürriyət”ə istinadən xəbər verir ki, bu barədə idarə məlumat yayıb.

İraqın şimalındakı Qaraya endirilən dəqiq zərbə nəticəsində PKK-nın Şura üzvü, Berfin Nurhaq kod adlı Hanım Demir və yanındakı digər terrorçular məhv edilib.

Bildirilib ki, Türkiyə kəşfiyyatı uzun müddətdir terrorçunu izləyirmiş. Onun bölgədə olması barədə kəşfiyayt məlumatları əldə olunandan sonra əməliyyata başlanılıb. Əməliyyatda iştirak edən Türkiyə kəşfiyyatının agentləri gizli formada ərazini tərk ediblər

Açar sözlər:

Oxunub: 445