Mixeil Saakaşvilinin məhkəməsi yenidən təxirə salınıb
13:43 11 İyul 2022
Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvilinin külli miqdarda dövlət vəsaitinin israfçılığı işi üzrə prosesi yenidən təxirə salıb.
Femida.az xəbər verir ki, Tbilisidə “Vivamedi” klinikasında müalicə olunan keçmiş dövlət başçısı sağlamlıq durumuna görə iclasda iştirak edə bilməyib.
Növbəti məhkəmə prosesi avqustun 1-nə təyin olunub.
Qeyd edək ki, adıçəkilən iş üzrə iyunun 15-də keçirilməli olan məhkəmə iyulun 11-nə təyin olunmuşdu. M.Saakaşvili həmin prosesdə də səhhəti ilə əlaqədar iştirak edə bilməyib.
Xatırladaq ki, M.Saakaşvili ötən il sentyabrın 28-də Gürcüstana gizli yolla daxil olub və oktyabrın 1-də Tbilisidə saxlanılıb. O, Rustavi şəhərindəki 12 saylı həbsxanadan özəl klinikaya mayın 12-də köçürülüb.
Oxunub: 2884
Oxşar xəbərlər
- Mixeil Saakaşvili məhkəmədə gürcü xalqına müraciət edib
- Mixeil Saakaşvili aclıq aksiyasını dayandırıb
- Mixeil Saakaşvili xəstəxanaya yerləşdirilib
- Mixeil Saakaşvili həbsdən tərəfdarlarına məktub yazıb
- Mixeil Saakaşvili saxlanılıb
- Mixeil Saakaşvili Gürcüstana qayıdıb
- Mixeil Saakaşvili: "Qarabağ Azərbaycandır və bu dəyişməzdir"