Avropada təbii qazın qiyməti yüksəlib


11:35     14 İyul 2022 22_07_14_1657776944.jpg

Avropada təbii qazın qiyməti ticarət sessiyasının sonunda 4,6% artaraq 1000 kubmetr üçün 1882,8 dollar təşkil edib.

Femida.az xəbər verir ki, bunu ICE London Fond Birjasının məlumatları göstərir.

Qeyd edək ki, Avropanın ən böyük virtual ticarət platforması olan TTF indeksi üzrə avqust fyuçersləri ticarət əməliyyatlarına 1000 kubmetr üçün 1847,9 dollar səviyyəsində başlayıb. Bu, ötən günlə müqayisədə 3% çox idi.

Təbii qazın qiyməti ticarət sessiyasının sonunda 1882,8 dollar olub.

Açar sözlər:

Oxunub: 383