Ağstafada avtomobil qəzası olub, xəsarət alanlar var


09:34     16 İyul 2022 22_07_16_1657949670.jpg

Ağstafa rayonunda avtomobil qəzası olub.

Femida.az-ın məlumatına görə, avtomobilin maneəyə çırpılması nəticəsində 1999-cu il təvəllüdlü E.Qurbanov, 2001-ci il təvəllüdlü C.Tağızadə və 2002-ci il təvəllüdlü M.Kərimov xəsarət alıblar.

Yaralılar xəstəxanaya aparılıb. Onlardan ikisi ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, E.Qurbanovun müalicəsi isə xəstəxana şəraitində davam etdirilir.

Faktla bağlı araşdırmalara başlanılıb.

Açar sözlər:

Oxunub: 353