Kolumbiyada terror aktı törədilib, ölənlər və yaralılar var


10:14     17 İyul 2022 22_07_17_1658037695.jpg

Kolumbiyanın Kanasqordas vilayətində baş verən partlayış nəticəsində iki nəfər ölüb, üç nəfər yaralanıb.

Femida.az xarici mətbuata istinadən xəbər veirr ki, bunu ölkənin müdafiə naziri Dieqo Molano bildirib. O, hadisəni terror aktı adlandırıb.

Nazirin sözlərinə görə, hücuma görə “Körfəz klanı” narkotik karteli məsuliyyət daşıyır:

“Hadisəni törədənlər bir neçə avtomobil keçərkən polis məntəqəsinə partlayıcı atıblar. “Körfəz klanı”nın Riçard ləqəbli üzvünə verilən mükafat 50 milyondan 200 milyon pesoya (11 min dollardan 45 min dollara təqribən - Report) artırılıb. Polis əməkdaşlarımıza hücuma görə çox güman ki, bu cinayətkar məsuliyyət daşıyır”.

Qeyd edək ki, “Körfəz klanı” Kolumbiyada narkotik ticarəti ilə məşğul olan ən böyük cinayət qruplaşmasıdır.

Açar sözlər:

Oxunub: 327