Ağcabədidə qardaş bacısını qətlə yetirib
10:45 18 İyul 2022
İyulun 17-i saat 18 radələrində Ağcabədi rayonu, Aran kəndi yaxınlığında 1992-ci il təvəllüdlü Lamiyə Abdullayevanın öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Ağcabədi rayon prokurorluğundan Femida.az-a verilən məlumata görə, aparılmış ilkin araşdırmalarla zərərçəkmişin qardaşı 1996-cı il təvəllüdlü Bayram Xudaverdiyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Lamiyə Abdullayevanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Bayram Xudaverdiyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam edir.
Oxunub: 2731
Oxşar xəbərlər
- Ağcabədidə 53 yaşlı kişini avtomobil vurub
- Ağcabədidə kişi arvadını bıçaqlayıb
- Ağcabədidə avtomobil yeniyetmə qızı vurub
- Ağcabədidə yol polisi reyd keçirib, 70-dən çox sürücü cərimələnib
- Ağcabədidə avtomobillər toqquşub, ölən var
- Ağcabədidə dostunu qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır
- Ağcabədidə mənzildə 60 yaşlı kişi meyiti tapılıb
- Ağcabədidə qadın bıçaqlanıb, əri saxlanılıb
- Ağcabədidə həmkəndlisini bıçaqlayan şəxs tutulub
- Ağcabədidə 42 qanunsuz heyvan kəsimi məntəqəsi aşkarlanıb