Şuşada yaşayanlara tibbi xidmətlərin göstərilməsi qaydası açıqlanıb


13:55     19 İyul 2022 22_07_19_1658222155.jpg

"Şuşada yaşayanlar üçün tibbi xidmətlərin göstərilməsində heç bir problem yoxdur".

Femida.az xəbər verir ki, bunu Nərimanov Tibb Mərkəzinin direktoru Fazil Alməmmədov deyib.

O qeyd edib ki, Qala şəhərdə yaşayanların tibbi göndərişləri aidiyyəti qaydada həyata keçirilir.

Mərkəz direktorunun sözlərinə görə, Şuşada yaşayanlar üçün modul tipli xəstəxanada həkimlər bütün lazımi tibbi xidmətləri göstərir: "Vətəndaşlara ixtisaslaşmış həkim müayinəsi lazım olanda göndəriş Füzuli Rayon Mərkəzi Xəstəxanasına verilir. Lazım gələrsə Bakı şəhərindəki xəstəxanalara da tibbi göndəriş yazıla bilər".

Açar sözlər:

Oxunub: 359