Rusiyanın nə qədər raket və mərmi ehtiyatı qalıb?
19:38 21 İyul 2022
Ukraynada müharibə başlayandan Rusiya öz raketlərinin 60 faizindən istifadə edib.
“Report” “RBK-Ukraina”ya istinadən xəbər verir ki, bunu Ukrayna Müdafiə Nazirliyi Baş kəşfiyyat idarəsinin nümayəndəsi Vadim Skibitsk iyulun 21-də keçirdiyi brifinqdə bildirib.
Onun sözlərinə görə, Rusiyanın silah arsenalında keçmiş SSRİ-dən qalma çoxlu sayda raket olduğundan ümumi sayı bilmək çətindir:
“Ehtiyatda olan - Rusiyanın iddia etdiyinə görə yüksək dəqiqiliklə hədəfi vurmaq qabiliyyətli - “İsgəndər”, “Kalibr” sistemləri, “X-101”, “X-555” tipli qanadlı raketlərin 55-60 faizi istifadə olunub”.
Təmsilçi bildirib ki, Rusiya çoxdan yararlanmadığı “İsgəndər” sistemindən daha artıq istifadə edir. Beynəlxalq sanksiyalara görə, Rusiya yeni raketin istehsalı problemi ilə də üzləşib. Skibitski qeyd edib ki, Rusiya keçmiş SSRİ-dən qalma kifayət qədər raket, mərmi ehtiyatına malikdir.
O, “X-22” tipli qanadlı raketlərin, “Smerç”, “Uraqan”, “BM-21” “Qrad”ın, müxtəlif tipli aviasiya bombalarının keçmiş SSRİ-dən qaldığını vurğulayıb.
Oxunub: 2823
Oxşar xəbərlər
- Rusiyanın Ukrayna ilə sərhədyanı şəhərində partlayışda 3 nəfər ölüb
- Rusiyanın Baş naziri və Dövlət Dumasının sədri Azərbaycana səfər edəcək
- Rusiyanın 11 hava limanına uçuşlara qadağa iyul ayına qədər uzadılıb
- Rusiyanın keçmiş dövlət katibi Gennadi Burbulis Bakıda vəfat edib
- Rusiyanın Ukraynada itkilərinin sayı 40 min nəfərə çatır
- Rusiyanın xarici işlər naziri Türkiyədə səfərdədir
- Rusiyanın Ukraynadakı itkiləri 26 mini ötüb
- Rusiyanın Moldovaya hücum etmək niyyətində olduğu iddia olunur
- Rusiyanın Ukraynada itirdiyi hərbçilərin sayı 21 minə çatıb
- Rusiyanın yeni itkiləri açıqlandı