Döyüş komandiri: Son 1 ayda Lisiçansk istiqamətində Rusiyanın 60 tankı məhv edilib
09:59 25 İyul 2022
Son 1 ayda Lisiçansk istiqamətində Ukraynanın yalnız bir bölməsi tərəfindən Rusiyanın 60 tankı məhv edilib.
Bunu açıqlamasında Ukrayna ordusunun döyüş komandiri Roman Solohub bildirib.
“Düşmən texnikada böyük itkilər verir. Bu, qeydə alınandan xeyli çoxdur. Çünki hər dəfə vurulma anını qeydə almaq mümkün olmur. Məsələn, artilleriya bölmələrinin zərbələri ilə məhv edilən obyektlər hava kəşfiyyatı tərəfindən çəkilməyibsə, bu, səssiz əməliyyat tapşırığı olur və heç yerdə qeydə alınmır”, - R.Solohub deyib.
Döyüş komandiri vurğulayıb ki, xüsusən Seversk istiqamətində hazırda vəziyyət “qaynardır”:
“Hava kəşfiyyatı hərəkət edən texnikanı müəyyənləşdirir, eləcə də standart kəşfiyyat prosedurlarını həyata keçirir. Sonra isə artilleriya işə başlayır. Odur ki, düşmən tank kimi ağır texnika ilə ortaya çıxırsa və belə desək, asan yemə çevrilirsə, onların hamısı məhv edilir. Məsələn, 7-8-10 tankla gəlirlərsə, praktiki olaraq onların hamısını məhv edirik”.
Onun sözlərinə görə, tankların əksər hissəsi tank əleyhinə raket kompleksləri vasitəsilə məhv edilir:
“Hava kəşfiyyatı havadan zərbələrin dəqiqliyini təsdiqləyir, gözəl kadrlar alınır. Vurulmuş texnika isə artıq yararsız hala düşür, hətta təmir briqadalarına da iş qalmır. Başqa sözlə, hava kəşfiyyatı düşməni müəyyənləşdirir və hesabat üçün onun məhv edilməsini qeydə alır”.
Oxunub: 421
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"