Avqustun ilk günü üçün hava proqnozu açıqlanıb
13:13 31 İyul 2022
Sabahın hava proqnozu açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən Femida.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 31-36° isti olacaq. Bakıda gecə 23-25° isti, gündüz 34-36° isti olacaq. Atmosfer təzyiqi 755 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 60-65 % olacaq.
Azərbaycanın əksər rayonlarında əsasən yağmursuz hava şəraiti hökm sürəcək. Lakin gündüz bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, qısamüddətli yağış yağacağı gözlənilir.
Havanın temperaturu gecə 21-26° isti, gündüz 34-39° isti, dağlarda gecə 8-13° isti, gündüz 21-26° isti olacaq.
Oxunub: 483
Oxşar xəbərlər
- Avqustun 2-dən etibarən bu şəxslərə pul veriləcək - RƏSMİ AÇIQLAMA
- Avqustun 1-dən iş və xidmət sahələrində COVID-19 pasportu tələb olunacaq
- Avqustun 10-dan bu qadağalar ləğv olunur - RƏSMİ
- Avqustun 4-nə kimi hava qeyri-sabit olacaq
- Avqustun 5-dən sonrakı vəziyyət haqda - Təəssüflə qeyd etmək lazımdır ki...
- Avqustun 5-dək həftəsonları ictimai nəqliyyat işləməyəcək
- Avqustun 30-na manatın məzənnəsi
- Avqustun 5-nə manatın məzənnəsi
- Avqustun 15-dən şagirdlərin yerdəyişməsi başlayacaq
- Avqustun son gününə olan ün hava proqnozu