Kamran Əliyev: "Qanun pozuntularına vaxtında müdaxilə etməliyik"
11:47 10 Avqust 2022
“Mediada gedən məlumatları diqqətlə izləyirik. Daim çalışırıq ki, istintaq sirrini qorumaq şərti ilə cəmiyyəti məlumatlandıraq”.
Femida.az-ın xəbərinə görə, bu fikirləri Baş prokuror Kamran Əliyev bu gün Baş Prokurorluğun təşkilatçılığı ilə “Media azadlığı və sosial şəbəkələrin güclənən təsiri şəraitində cəmiyyətin informasiya təhlükəsizliyinin təmin olunması” mövzusunda keçirilən konfransda deyib.
O söyləyib ki, Vətən müharibəsi dövründə media nümayəndələri qəhrəmanlıq göstəriblər: “Jurnalistlər Azərbaycan həqiqətlərini bütün dünyaya çatdırırdılar”.
Baş prokuror bildirib ki, hamı Azərbaycan dövlətinə xidmət edir: “Məqsədimiz ondan ibarətdir ki, bərabər şəraitdə bəzi yaranmış problemlərlə əlaqədar nəticələr əldə etmək üçün fikir mübadiləsi aparaq. Bizim məqsədimiz yaranan bəzi boşluqları aradan qaldırmaqdır.
Azərbaycan prokurorluğu dövlətin təhlükəsizliyinə və müdafiə qabiliyyətinə yönələn hərəkətlərlə bağlı qəti addımlar atıb və bundan sonra da atacaq. Biz qanun pozuntularına vaxtında müdaxilə etməliyik. Bəzi xəbərdarlıqlar sosial şəbəkə istifadəçiləri tərəfindən aqressiv qarşılanır”.
Oxunub: 541
Oxşar xəbərlər
- Ukrayna Baş Qərargahı: “Rusiyanın daha 45 qanadlı raketi, 4 helikopteri vurulub”
- Zelenski: “Bir ayda Ukrayna ordusu İran istehsallı 233 “Şahed” PUA-sını məhv edib”
- Ceyhun Bayramov: “Müstəqilliyimizə dəstəyə görə qardaş Özbəkistana minnətdarıq”
- Nazirlik nümayəndəsi: “İndiyədək Xocavənddə 25 nəfərin meyitinin qalıqları aşkarlanıb”
- Ukrayna Baş Qərargahı: "Son sutkada Rusiyanın 44 tankı məhv edilib"
- BNA: "147 avtobusun hərəkət intervalında gecikmə var"
- Xanlar Vəliyev: “Ötən 8 ayda qeydə alınmış cinayətlərin 99 faizi açılıb”
- DİN: "Razılaşdırılmamış aksiyanın qarşısı alınacaq"
- Heydər Məmmədov: "Prokurorluqda israfçılığa yol verilməməsi üçün bir çox işlər görülüb"
- Azərbaycan XİN: "Ermənistan bölgədə vəziyyəti gərginləşdirmək istəyir"